İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu gün 2022-ci ilin iyun ayı ərzində baxılması nəzərdə tutulan antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlərin cədvəlinə “Bolt Services AZ” MMC-nin adını da daxil edib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, “Delivery Azerbaijan” MMC adlı daşıma şirkəti “Bolt Services AZ” MMC barəsində Dövlət Xidmətinə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətləri dair şikayət verib.
28.06.2022-ci il tarixində, saat 15:00-da işə baxılacaq.