6 C
Baku
Wednesday, December 24, 2025

Daşınar əmlakın girov qoyulması məşğulluğu və ixracı artıracaq

Bu haqda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Daşınar əmlakın yüklülüyü islahatı” Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərrinə görə, ölkədə daşınar əmlakın yüklülüyü əsasında maliyyələşdirmə mexanizminin fəaliyyətə başlaması əvvəldə qeyd olunan problemləri aradan qaldırmaqla, post-neft dövründə məşğulluq, sosial təminat, dayanıqlı inkişaf, ixrac potensialının artırılması yönündə pozitiv effektlərlə müşahidə olunacaqdır.

Bütün bunlarla yanaşı KOS-ın maliyyələşdirilməsi sahəsində xarici bankçılıq təcrübələrinin və modellərinin öyrənilməsi, ölkənin xüsusiyyətləri nəzərə alınmaqla biznes-kredit yönümlü bank modelinin təkmilləşdirilməsi, xüsusilə qeyri-neft ticari sektorun (aqrar, qeyri-neft sənayesi, turizm və digər xidmətlər s.) kreditləşdirilməsinin genişləndirilməsi dayanıqlı iqtisadi inkişafın təmin olunmasında həlledici rol oynayacaqdır.

Bu baxımdan bugünki tədbir mövcud vəziyyətin analizi, hazırlanmış layihənin və xarici təcrübənin tətbiq imkanlarının müzakirəsi baxımından çox əhəmiyyətli bir platformadır. Bu səbədən bütün həmkarlarımı müzakirələrdə aktiv iştirak etməyə dəvət edir və faydalı nəticələr ümidi ilə konfransın fəaliyyətinə uğurlar arzulayıram.

BBN

Son xəbərlər
Digər xəbərlər