12 C
Baku
Thursday, March 28, 2024

Daşınma şirkətləri ilə Gömrük Komitəsi arasında anlaşılmazlıq davam edir

Son dövlər Gömrük Komitəsinin xaricidən gətirilən malların daşınması prosesinə əlavə və dəyişikliklərindən sonra, bu prosesdə olan ahəng tamamən pozulmuşdur. Bununla bağlı həm çatdırılma şirkətləri öz narazılıqlarını bildirirlər, həmdə əhali. Gömrük Komitəsi isə hər şeyin qaydasında olduğunu bildirir.

Bu gün, Azərbaycanın aparıcı çatdırılma şirkətlərindən biri olan Starex MMC-nin həmtəsisçisi Sabir Niftaliyev sosial şəbəkədə Gömrük Komitəsi ilə şirkət arasında yaşanan növbəti anlaşılmazlıq haqqında məlumat vermişdir.

O bu haqqda yazır:” Köhnə şirkətlər sıxışdırılır. Yenilərə şərait yaranır. Səbəb nədir? İcazə verin şübhələnək…

Yeni smart customs sisteminin tətbiqindən sonra poçt operatorlarının (hərçəndki gömrük onları daşıyıcı şirkət adlandırır) xarici anbarlardakı iş yükü də, xərci də xeyli artıb. Təsəvvür edin əvvəl gələn bağlamalar sistemə işlənib birbaşa göndərişə hazır vəziyyətə gətirilirdi indisə bağlamalar anbara daxil olduqdan sonra gözlədilməli, vətəndaş bəyan etdikdən sonra göndərilməlidir. Bu sistemə keçid mərhələsində də kiçik problemlər olması qaçınılmazdır. Bəs bu kiçik problemlərə görə şirkəti və müştərini incitmək nə dərəcədə doğrudur? Konkret nümunə üçün bunu deyim ki, dünən gömrük anbarına daxil olan bağlamalardan biri unudulub xarici anbarda qalıb. İndi gömrük deyir ki, o bir bağlama da gəlsin bunları elə çıxarda bilərsiz. Bunda hansısa məntiq əlbəttə ki, yoxdur. Mən artıq bəzi gömrük məmurları özlərinə şirkət qurub və bu mexanizmlə də mövcud şirkətləri sıxışdırmaq niyyətindədədirlər deyə düşünürəm. Mən hələ ki, düşünürəm bunun dəqiq olduğunu yəqin edəndən sonra sizinlə münasibət tam fərqli olacaq. Sonra da çıxıb yekə-yekə bizim xidmətimizdə hansısa qüsur yoxdur deyə bəyanat verəcəklər.”

Banker.azın əldə etdiyi məlumatlara görə, yeni yaradılan çatıdırlma şirkətləri Gömrük Komitəsi tərəfində xüsusi üstünlüklər ala biliblər, buda bazarda olan rəqabətə mənfi təsir göstərir. Bu məsələ ilə bağlı Banker.az öz araşdırmasını davam etdirir. Faktlar olduqdan sonra bununla bağlı xüsusi buraxılışımız olacaqdır.

 

 

 

Son xəbərlər
Digər xəbərlər