8 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Daşınmaz əmlak bahalı şəhərlərdə ucuzlaşır

Dünyanın ən bahalı şəhərlərində dəbdəbəli, lüks daşınmaz əmlakların dəyəri koronavirus pandemiyası səbəbindən ilin ilk rübündən başlayaraq mühüm dəyər itkisi ilə üzləşiblər.

Bu barədə Banker.az Bloomberg-ə istinadən xəbər verir.

Nyu-York, London, Vankuver, Honq-Konq və Sinqapur şəhərlərində yüksək səviyyəli evlərin dəyəri 2019-cu ilin ilk 3 ayı ilə müqayisədə ən aşağı dəyərini görüb, bunu Knight Frank LLP şirkəti iki gün öncə pres-relizində deyib.

2019-cu ilin dekabrı ilə müqayisədə bütün beş şəhərin ən aşağı böyümə ilə yadda qalıb.

Knight Frank  analitikləri iddia edir ki, bu növ dəyərsizləşmə B.Britaniya və ABŞ-da ilin ikinci rübündə özünü daha qabarıq formada göstərəcəkdir.

Lakin, pandemiya dövrlərində hətta bəzi iri şəhərlərdə qiymət artımı müşahidə edilib, bura Tokyo (Yaponiya) və Stokholm (İsveç) kimi iri paytaxt şəhərlərini aid etmək olar. Ayrıca bildirək ki, İsveç pandemiya dövründə “hər şeyi öz axarına” buraxan ölkə oldu.

Knight Frank bu ucuzlaşmalara səbəbi dünyada səyahətlərə tətbiq edilən məhdudiyyət ucbatından baş verdiyini güman edir: əks halda, məhdudiyyətlər olmasaydı bu qədər azalma müşahidə edilməzdi

Son xəbərlər
Oxşar xəbərlər