Daşınmaz əmlak bazarı: 2017-ci ildə bazara təsir edən amillər

0

Daşınmaz əmlak bazarında baş verən proseslər iqtisadçılar və ümumiyyətlə əhali arasında ən çox müzakirə olunan mövzulardan biridir. Hazırda əmlak bazarında qiymətlərə təsir edən və onların formalaşlmasında ciddi rol oynayan proseslər haqqında ekspert və Value&Sources şirkətinin rəhbəri Rəşad Əliyevin fikirlərini öyrəndik. Onun fikrincə daşınmaz əmlak bazarında tənəzzül artıq 3-cü ildirki  davam edir. Bu dövrdə bazara mənfi təsir edən əsas amil makroiqtisadi şərait olsada bazara təsir edən əlavə texniki faktorlar fərqli olub. 2017-ci ildə bazara müsbət təsir edən yeganə amil ipoteka kreditləşməsinin bərpası oldu. Bu təsir məhdud olsada bazarda azda olsa müəyyən qədər aktivlik yarada bildi. Ancaq kreditləşmə bazarda dayanıqlı trend yaratmaq iqtidarında deyil, çünki onun həcmi bazarın həcminə nisbətdə çox azdır.

Bazarda durğunluq olsada bu il biz bazara təsir edə biləcək yeni amillərin və hadisələrin ortaya çıxmasını müşahidə etdik.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bunlar aşağıdakılardı:
– Torpaq sahələrinin satışının vergiyə cəlb edilməsi prinsipinin dəyişdirilməsi və sadələşdirilmiş vergiyə cəlb edilməsi.
– Güzəştli mənzillərin satışının başlanması.
– Bakı şəhərində “böyük söküntü” işlərinə start verilməsi.
– Ölkəyə turist axınının artması.

Bazara əvvəlki illərdədə təsir edən amillər bu ildə diqqət mərkəzində olacaq. Bunlar, bank sektorundakı ümumi vəziyyət, manatın məzənnəsi ilə bağlı gözləntilər, valyuta depozitləri üzrə aşağı faiz dərəcələri və sərt pul kredit siyasətinin bazara təsiri.

Bazar üzrə mənfi qiymət gözləntiləri isə ən əsas amillərdən biri kimi qalmaqdadır.