Daşınmaz əmlak girovlu kreditlər üzrə bazar araşdırması

Daşınmaz əmlak girovu ilə verilən kreditlər –  rəsmi iş yeri olan və istehlak məqsədilə yüksək məbləğdə kredit əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Məlumunuz üzrə adi istehlak kreditləri bəzi istisnaları nəzərə almasaq məbləğ olaraq maksimum 10 000 AZN civarındadır. Lakin, rəsmi gəliri yüksək olan bəzi şəxslər var ki, ehtiyaclarını ödəmək üçün daha yüksək məbləğdə nağd kreditə ehtiyac duyurlar. Bu ehtiyaclara misal olaraq əsaslı təmir-tikinti işlərini, daşınmaz əmlakın alınmasını, avtomobil alınmasını və s. misal göstərmək olar. Bu tip müştərilərin ehtiyaclarını nəzərə alan Banklar onların tələbatını ödəmək üçün daşınmaz əmlak girovlu kredit məhsulunu təklif edirlər. Bir məqamı xüsusilə vurğulamaq istərdik ki, müvafiq kreditlərin əldə edilməsi üçün yalnız daşınmaz əmlakın girov şəklində təqdim edilməsi kifayət deyil. Daşınmaz əmlak kredit məbləğinin artırılması üçün zəruridir, kredit isə müştərinin Banka təqdim etdiyi və rəsmi gəlirlərini təsdiq edən sənədlər əsasında rəsmiləşdirilir.

Aşağıdakı cədvəllərdə bu krediti təklif edən Banklar və onların şərtləri qeyd edilmişdir.

BankMəbləğMüddətFaizKomissiyaLTV
Bank BTB70 000 AZN36 ay23%0.5% – 1%70%
Express BankArayışlı40 000 AZN36 ay22%1.5%70%
Arayışsız20 000 AZN36 ay26%2%40%
Bank of Baku70 000 AZN36 ay12 ayadək – 23%

13 – 24 ay – 24%

25 – 36 ay – 25%

24 ayadək – 1%

25 – 36ay – 1.5%

70%
Turan BankGirov dəyərinin 70%-i42 ay12 ayadək – 18%

24 ayadək – 19%

36 ayadək – 20%

42 ayadək – 21%

1% + həyat sığortası70%
Rabitə Bank30 000 AZN36 ay22%1%75%
NBC Bank100 000 AZN36 ay12 ayadək – 18%

24 ayadək – 21%

36 ayadək – 22%

12 ayadək – 1%

24 ayadək – 2%

36 ayadək – 3%

70%
Nikoil BankSeçim_1100 000 AZN60 ay20%5%70%
Seçim_2100 000 AZN60 ay24%1%70%

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları