Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsi kiçik və orta biznes evlərində mümkün olacaq

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanının icrası ilə əlaqədar nin bəzi qərarlarda dəyişiklik edib. Bu barədə Banker.az bildirir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 1.1-ci bəndində “mobil səyyar xidmət bölmələri və “ASAN xidmət” mərkəzlərindəki” sözləri “mobil səyyar xidmət bölmələri, “ASAN xidmət” mərkəzlərindəki və kiçik və orta biznes evlərindəki” sözləri ilə əvəz edilsin;

2.2. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanına uyğun olaraq yaradılmış kiçik və orta biznes evlərində arayışın verilməsi üçün ərizənin qəbulu və arayışın verilməsi həmin evlərdə fəaliyyət göstərən Xidmətin ərazi idarələrinin işçiləri tərəfindən həyata keçirilir.”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın 2.3-cü bəndinə “ASAN xidmət mərkəzlərində” sözlərindən sonra “, kiçik və orta biznes evlərində” sözləri əlavə edilsin.