Daşınmaz əmlakın icbari sığortası necə hesablanacaq? Cərimə nə qədərdir?

Əmlak sığortası

BANKER.AZ/ Cari ilin yanvarın 1-dən Azərbaycanda daşınmaz əmlakın icbarı sığortalanması üzrə yığımların başlanılması və ödənilmədiyi halda cərimə olması bildirilirdi. İndiyə qədər bu növ haq ödəmyən və cərimə üzü görməyən vətəndaşlar üçün bu böyük sual doğurur. Əksər hallarda insanlar tərəfindən bildirişlər qəbul edilir ki, məsələn, bu tarixdən əmlakınızı sığortalamalısınız. Bildirməliyik ki, bu bildiriş sığortaçı – sığorta şirkətindən (S.Ş) bildiriş kimi gəlməsi qanunvericiliyə görə düzgün deyil. Əksər sığorta şirkətləri bunan istifadə edərək sadəcə öz satışlarını böyütmə uğurunda çalışırlar. Hələ ki, qanunvericilkdə bunun yerli icra orqanı göstərilsə də, dəqiq olaraq hansı qurumun səlahiyyətində olduğu bilinmir. Yəni, daşınmaz əmlakın icbarı sığortası barədə sahibinə bildiriş yalnız dövlət orqanı tərəfindən göndərilə bilər.

Əksəriyyəti üçün bunun necə və hansı şəkildə olacağı sual doğurur.

Daşınmaz əmlakın icbari sığortası – daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Lakin, sökülməsi barədə qərar qəbul edilmiş, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan daşınmaz əmlak və özbaşına tikinti sayılan icbari əmlak sığortasına cəlb edilmir.

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Sığorta haqqı necə hesablanır?

Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir:

-Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25 000 manat, azadolma məbləği 250 manat;

– Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20 000 manat, azadolma məbləği 200 manat;

– digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15 000 manat, azadolma məbləği 150 manat.

İzah:

Bakı şəhərində yerləşən “A” yaşayış əmlakı “T” sığorta şirkətidə üzrə icbari sığortaladığından onun əmlakına və evdəki əşyalarına dəyəcək zərər üzrə 25 000 manat sığorta məbləği həcmində təminat verilmiş, 250 manat məbləğində isə müqavilə ilə franşiza – azadolma məbləği müəyyən edilmişdir.

“A” adlı şəxsin evi elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində yanmış və aparılmış qiymətləndirmə nəticəsində onun əmlakına, o cümlədən evdəki əşyalarına 20 000 AZN məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Bu halda “T” sığorta şirkəti tərəfindən “A” adlı əmlakın sahibinə ödəniləcək məbləğ 250 manat (qeyd etdiyimiz kimi Bakı ş. üzrə) franşiza – azadolma məbləği çıxılmaqla 19 750 manat olacaqdır.

Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur:

– elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;

– qaz partlayışı;

– elektrik naqillərində baş verən qısa qapanma;

– su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;

– hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.

Cərimə nə qədərdir?

Daşınmaz əmlakın icbarı sığortalanmasından yayınmağa görə cərimə məbləği İnzibati Xətlar Məcəlləsinin 469.1-ci bəndinə əsasən fiziki şəxslər 30 manat məbləğində, vəzifəli şəxslər 80 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Lakin, hazırda rəsmi olaraq cərimə edilmə ilə bağlı hər hansısa bildiriş yoxdur.

Xatırlatma!

Aşağıdakı hallarda sığorta ödənişi verilmir:

  1. Hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda;
  2. Sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;
  3. Sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;
  4. Sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda;
  5. Baş vermiş hadisə icbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilmədikdə; Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:

– qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

– sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;

 – hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;

– qrunt sularının səviyyəsinin dəyişməsi; – suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

  1. Hadisə barədə məlumat vermə ilə bağlı qanunvericiliyin tələbinə əməl edilməməsi (gec məlumat vermə, lazımi qaydada məlumat verməmə) nəticəsində sığorta şirkəti hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda;
  2. məsuliyyəti istisna edən hallardan başqa, sığortalı (sığorta olunan) sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətdikdə;
  3. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görmədikdə; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
  4. Zərər dəymiş əmlakın sığorta şirkətinə təqdim edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməməsi və ya qanunvericiliklə müəyyən edilmiş hallar nəzərə alınmaqla, sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığorta şirkətinə qəsdən yanlış məlumat verməsi nəticəsində sığorta şirkəti sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda;
  5. Sığorta ödənişi verilməli olan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən aldıqda; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.