7 C
Baku
Sunday, March 3, 2024

Daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar 18% artıb

2018-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 25 mln. 299,3 min manat təşkil edib.

Banker.az bildirir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında deyilir.

Belə ki, yanvar-sentyabr ayları ilə müqayisədə 1 mln. 792,4 min manat və ya 7,62% çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalarda 3 mln. 854,5 min manat və ya 17,97% artım müşahidə edilib.

Sığorta ödənişlərinə gəlincə, bu ilin yanvar-oktyabr aylarında bu göstərici 3 mln. 284,1 min manat olub ki, bu, yanvar-sentyabr ayları ilə müqayisədə 371,4 min manat və ya 12,75%, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 879,1 min manat və ya 36,55% çoxdur.

Ümumilikdə bu ilin 10 ayında daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər daxilolmaların 12,98%-ni təşkil edib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə sığorta haqlarının həcmi 249,3 min manat, ödənişləri 65 min manat təşkil edib. Yanvar-sentyabr ayları ilə müqayisədə bu sığorta növü üzrə yığımlar 11,05% artıb, ödənişlər isə 10,47% azalıb. Bir il əvvəl ilə müqayisədə isə bu göstərici müvafiq olaraq 4,92% və 2,7 dəfə çoxdur.

Report

Son xəbərlər
Digər xəbərlər