24 C
Baku
Wednesday, May 29, 2024

Daşınmaz əmlakın icbari sığortası üzrə haqlar 11 414 min manat artıb

Oktyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə müqavilədən 65 154 mindən çox sığorta haqları toplanmışdır.

Banker.az Dövlət Sığorta Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği, daşınmaz əmlakın icbari sığortası üzrə 13 397 275.94 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 309 225.03 manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 51 329 919.1 manat, sərnişinlərin icbari fərdi qəza sığortası 118 483 manat təşkil edib.

İlin əvvəlindən isə daşınmaz əmlakın icbari sığortası haqları 11 414 min manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqları 238 926 manat artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər