10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Daşınmaz əmlakın icbari sığortasında azalma var

İyul ayında daşınmaz əmlakın icbari sığortası üzrə 8076 müqavilə bağlanəb.

Bu barədə Banker.az-a İcbari Sığorta Bürosundan məlumat daxil olub.

Məlumata görə, 2017-ci ilin iyul ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 8076 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 1 282 916 manat təşkil etmişdir. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 6062-i yaşayış evləri və mənzillər, 15-i inzibati binalar, 1999-u isə digər daşınmaz əmlakla bağlı olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 26% azalma, sığorta haqlarının məbləğində isə 5% artım müşahidə edilib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 167, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanılmışdır.

Qeyd edək ki, hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir. Bura “Atəşgah” Sığorta Şirkəti , “Standard Insurance” Sığorta Şirkəti , “AtaSığorta” , “Xalq Sığorta” , “PAŞA Sığorta” , “AXA MBASK” Sığorta Şirkəti , “AzSığorta” , Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” , “İpək Yolu Sığorta” , “Azərbaycan Sənaye Sığorta” , “Qala Sığorta” və “Günay Sığorta” daxildir.

Son xəbərlər
Oxşar xəbərlər