24 C
Baku
Thursday, June 30, 2022

Daşınmaz əmlakla bağlı rüsumları və xidmət haqlarını onlayn necə öyrənmək olar?

Daşınmaz əmlakın qey­diyyatı ilə bağlı tə­ləb olunan dövlət rü­sumu və xidmət haqq­ının məbləğini onlayn formada necə öyrənə bilərik?

İlk öncə qeyd edilməlidir ki, dövlət rüsumu və xidmət haqlarının alınması tam olaraq nağdsız həyata keçirilir. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumu və xidmət haqqının məbləği elektron hökumət portalı və ya banklar vasitəsilə ödənilir.

 “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 50 manat, 26.1.2-ci maddəsinə görə daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 75 manat  dövlət rüsumunun  ödənilməsi nəzərdə tutulur. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən, dövlət reyestrindən arayışın verilməsi üçün 10 manat dövlət rüsumu ödənilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dövlət rüsumu tutulmur.

Daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ərazi idarələrinin büdcəsinə xidmət haqqının da ödənilməsi nəzərdə tutulub. Ərazi idarələri tərəfindən göstərilən xidmətlərin (reyestrdən çıxarış, torpaq sahələrinin plan və ölçüsü, yüklülüyün, icarə və istifadə hüquqlarının qeydiyyata alınması və digər nəzərdə tutulmuş hərəkətlərlə əlaqədar əlavə göstərilən xidmətlər üçün) dəyərinin hesablanması Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq aparılır.

Banker.az daşınmaz əmlakın qey­diyyatı ilə bağlı tə­ləb olunan dövlət rü­sumu və xidmət haqq­ının məbləğini onlayn hesablama qaydasını ardıcıllıqla təqdim edir:

  1. e-emlak.gov.az Elektron Xidmətlər Portalında təqdim olunmuş elektron xidmətlərdən “Əmlak kalkulyatoru” bölməsinə daxil olursunuz;

Capture 1

2. açılan pəncərədən müraciət edilən xidmət növünü seçirsiniz;

Capture1

3. seçdiyiniz xidmət növü üzrə müvafiq bəndlərdə qeyd edilmiş məlumatları doldurduqdan sonra “hesabla” yazısının üzərinə klikləməklə xidmət haqqı, dövlət rüsumu və cəmi məbləği öyrənə bilərsiniz.

 

 

Son xəbərlər
Oxşar xəbərlər