9 C
Baku
Thursday, December 12, 2024

Daşınmaz əmlak bazarında “Şişirdilmiş” qiymət…

Ekspert Rəşad Əliyev əmlak bazarında olan şişirdilmiş qiymət haqqında söz açıb.

2008-ci ildən bəri daşınmaz əmlak bazarında ən çox rastlaşdığımız sözlərdən biridə “şişirdilmiş qiymət” və “bazarda köpük”dür. Bu sözün həmin dövrdə daha çox istifadə edilməsi təsadüfi deyil. Qiymət “şişirdilmiş” ancaq o vaxt sayılır ki, mənzilin qiyməti mövcud olan iqtisadi şəraitə və bazarın gələcək (cari yox, məhz gələcək) təklif potensialına nisbətən baha olmasıdır. Bunu müəyyən etmək çox çətindir. Bazarda “şişirdilmiş qiymət” olanda yenədə alqı-satqı olur, deməli “şişirdilmiş” alıcılarda var?! Ancaq Alıcı axmaq deyil ki, gedib “şişirdilmiş” qiymətə nəsə alsın, o mövcud şəraitdən asılı olaraq hərəkət edir. Bu isə ona işarə edir ki, qiymət hətta o şişirdilmiş olsa belə mövcud şəraitə uyğundur. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak təkcə istehlak məhsulu deyil, o eyni zamanda investisiya alətidir. Istehlak məhsulu kimi onun qiyməti “şişirdilmiş” görsənə bilər, ancaq investisiya aləti kimi gəlirliyə görə yenədə cəlbedici qala bilir. O ki qaldı Bakıda bazarda mövcud olan hazırki qiymətlərə, buna dair nəsə demək çətindir. Qiymətlərin baha və ya ucuz olması haqda mülahizə irəli sürmək üçün konkret dəlillər və əsaslandırmalar olmalıdır. Əksər hallarda digər ölkələr ilə müqayisələr aparırlar, ancaq nəzərə almaq lazımdır bu heç də doğru nəticələr vermir.

Son xəbərlər
Digər xəbərlər