Daşınmaz əmlak girovu ilə verilən kreditlər – rəsmi iş yeri olan və istehlak məqsədilə yüksək məbləğdə kredit əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Məlumunuz üzrə adi istehlak kreditləri bəzi istisnaları nəzərə almasaq məbləğ olaraq maksimum 10 000 AZN civarındadır. Lakin, rəsmi gəliri yüksək olan bəzi şəxslər var ki, ehtiyaclarını ödəmək üçün daha yüksək məbləğdə nağd kreditə ehtiyac duyurlar. Bu ehtiyaclara misal olaraq əsaslı təmir-tikinti işlərini, daşınmaz əmlakın alınmasını, avtomobil alınmasını və s. misal göstərmək olar. Bu tip müştərilərin ehtiyaclarını nəzərə alan Banklar onların tələbatını ödəmək üçün daşınmaz əmlak girovlu kredit məhsulunu təklif edirlər. Bir məqamı xüsusilə vurğulamaq istərdik ki, müvafiq kreditlərin əldə edilməsi üçün yalnız daşınmaz əmlakın girov şəklində təqdim edilməsi kifayət deyil. Daşınmaz əmlak kredit məbləğinin artırılması üçün zəruridir, kredit isə müştərinin Banka təqdim etdiyi və rəsmi gəlirlərini təsdiq edən sənədlər əsasında rəsmiləşdirilir.
Aşağıdakı cədvəllərdə bu krediti təklif edən Banklar və onların şərtləri qeyd edilmişdir.
Bank | Məbləğ | Müddət | Faiz | Komissiya | LTV | ||
Bank BTB | 70 000 AZN | 36 ay | 23% | 0.5% – 1% | 70% | ||
Express Bank | Arayışlı | 40 000 AZN | 36 ay | 22% | 1.5% | 70% | |
Arayışsız | 20 000 AZN | 36 ay | 26% | 2% | 40% | ||
Bank of Baku | 70 000 AZN | 36 ay | 12 ayadək – 23%
13 – 24 ay – 24% 25 – 36 ay – 25% |
24 ayadək – 1%
25 – 36ay – 1.5% |
70% | ||
Turan Bank | Girov dəyərinin 70%-i | 42 ay | 12 ayadək – 18%
24 ayadək – 19% 36 ayadək – 20% 42 ayadək – 21% |
1% + həyat sığortası | 70% | ||
Rabitə Bank | 30 000 AZN | 36 ay | 22% | 1% | 75% | ||
NBC Bank | 100 000 AZN | 36 ay | 12 ayadək – 18%
24 ayadək – 21% 36 ayadək – 22% |
12 ayadək – 1%
24 ayadək – 2% 36 ayadək – 3% |
70% | ||
Nikoil Bank | Seçim_1 | 100 000 AZN | 60 ay | 20% | 5% | 70% | |
Seçim_2 | 100 000 AZN | 60 ay | 24% | 1% | 70% | ||