9 C
Baku
Sunday, December 22, 2024

Daşınmaz əmlak şirkətinin kapitalı 6.36 mln. manata yüksəlib

“Yeni Hayat” Şirkətlər Qrupuna yaxın olan “Güvenli-Servis Management” Məhdud Məsuliyyətli Cəmiyyətinin (əvvəlki: “Hayat Management” MTK) nizamnamə kapitalı kəskin artırılıb.

Banker.az xəbər verir ki, “Güvenli-Servis Management” MMC-nin kapitalı 2 455 637 manat və ya 62.8% artırılıb.

Bununla da nizamnamə kapitalı 3 909 868 manatdan 6 365 505 manata qaldırılıb.

Xatırladaq ki, “Güvenli-Servis Management” MMC 2009-cu ildə təsis edilərkən “BAK Tikinti-İnşaat” MMC kimi təsis edilmiş, 2013-cü ilin noyabrından adını dəyişdirməklə “Grand Hayat” MTK-ya, 2022-ci ilin mayından isə “Hayat Management” MTK, həmin ilin sentyabrından isə hazırkı ad altında çıxış edir.

Şirkət Bakı şəhəri Yasamal rayonu, Tbilisi Pr, ev 1054-cü məhəllədə qeydiyyatdadır.

Onun direktoru Ramil Alışov Veysəl oğludur.

Son xəbərlər
Digər xəbərlər