2014-cü ilin noyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 12,049 , daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 262, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 33 sığorta müqaviləsi bağlanmışdır.
Banker.az İSB-a istinadən xəbər verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 999,249 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 23,460 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 17,884 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 2,71% və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 0,38% azalma müşahidə edilmişdir.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 78,07%-i yaşayış evləri və mənzillər, 0,13%-i inzibati binalar, 21,80%-i digər daşınmaz əmlakla bağlı olmuşdur.İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:
Ümumilikdə 2014-cü ilin yanvar noyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 142,343 sığorta müqaviləsi bağlanılmışdır ki, bu sığorta müqavilələri üzrə sığorta haqqları 14,745,842 manat təşkil etmişdir.