7 C
Baku
Thursday, December 12, 2024

Daşınmaz əmlak üzrə ipoteka müqaviləsi ən çox hansı ərazidə bağlanıb?

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb.

Banker.az xəbər verir ki, 2023-cü il ərzində 42.484  ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 52%-ni təşkil edir.

Bakıdan sonra ipotekanın ən çox dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (10894 müqavilə), 2 saylı Sumqayıt (4613 müqavilə), 5 saylı Xaçmaz (3878 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (3871 müqavilə) aparılıb.

İpoteka müqavilələrinin sayına görə ərazi idarələri

Sıra № Ərazi idarələri İpoteka müqaviləsinin ümumi sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 42484 52.0%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 10894 13.3%
3. 2 saylı Sumqayıt Ərazi İdarəsi 4613 5.6%
4. 5 saylı Xaçmaz Ərazi İdarəsi 3878 4.7%
5. 3 saylı Gəncə Ərazi İdarəsi 3871 4.7%
6. 9 saylı Qəbələ Ərazi İdarəsi 1823 2.2%
7. 17 saylı Yevlax Ərazi İdarəsi 1692 2.1%
8. 7 saylı Bərdə Ərazi İdarəsi 1680 2.1%
9. 13 saylı Şirvan Ərazi İdarəsi 1506 1.8%
10. 14 saylı Şamaxı Ərazi İdarəsi 1493 1.8%
11. 11 saylı Şəmkir Ərazi İdarəsi 1192 1.5%
12. 10 saylı Lənkəran Ərazi İdarəsi 1191 1.5%
13. 6 saylı Beyləqan Ərazi İdarəsi 1162 1.4%
14. 12 saylı Şəki Ərazi İdarəsi 1082 1.3%
15. 15 saylı Tovuz Ərazi İdarəsi 1020 1.2%
16. 8 saylı Cəlilabad Ərazi İdarəsi 845 1.0%
17. 16 saylı Ucar Ərazi İdarəsi 678 0.8%
18. 18 saylı Zaqatala Ərazi İdarəsi 658 0.8%
Ölkə üzrə 81762 100.0%
Son xəbərlər
Digər xəbərlər