12 C
Baku
Friday, March 29, 2024

Daşınmaz əmlakın icbari sığortası 32,06% artıb

Oktyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 8,9 mindən çox sığorta müqaviləsi bağlanmışdır.

Banker.az İSB-a istinadən xəbər verir ki, 2014-cü ilin oktyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 8,489 , daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 377, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 44 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,415,171 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 24,240 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 8,840 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 32,06% artım və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 2,83% azalma müşahidə edilmişdir.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 71,04%-i yaşayış evləri və mənzillər, 0,52%-i inzibati binalar, 28,44%-i digər daşınmaz əmlakla bağlı olmuşdur.İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:

sigorta

Son xəbərlər
Digər xəbərlər