2 C
Baku
Saturday, December 14, 2024

Daşınmaz əmlakın icbari sığortası 40%-ə kimi azalıb

2017-ci ilin iyun ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 7036 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 808 636 manat təşkil edib. Bu barədə Banker.az-a İcbari Sığorta Bürosundan məlumat verilib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 5038-i yaşayış evləri və mənzillər, 22-i inzibati binalar, 1976-ı isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında və sığorta haqlarının məbləğində müvafiq olaraq 40% və 33% azalma müşahidə edilir.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 163, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 3 sığorta müqaviləsi bağlanıb.

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard Insurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC,  “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər