Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciət və sənədlərin qəbulu elektronlaşdırılıb. Bunun üçün müraciət edən şəxs e-əmlak.gov.az portalına daxil olaraq elektron xidmətlər bölməsindən daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciət və sənədlərin qəbulunu seçərək, açılan səhifədə tələb olunan məlumatları qeyd edir və lazımı sənədləri müraciətə əlavə edir.
Banker.az “vergilər.az”a istinadən xəbər verir ki, ərizəçinin öz ərizəsinə əlavə etməli olduğu sənədlər aşağdakılardır:
– İpoteka saxlayanın ərizəsi və ipotekanın ləğvinə dair qanunu qüvvəyə minmiş məhkəmə qərarı;
-İpoteka saxlıyan adına müraciət edən nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd və onun adına verilən etibarnamə;
-Xidmətin həyata keçirilməsi üçün dövlət rüsumu və xidmət haqqı ödənilir;
-Ərizəçinin elektron müraciəti qeydiyyatə alınır və bu barədə ona elektron təsdiqetmə bildirişi göndərilir;
-Ərizə icra olunduqdan sonra ipotekanın qeydiyyatının ləğvinə dair daçınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin müvafiq ərazi idarəsi tərəfindən ipoteka saxlayana bildiriş ünvanlanır.