15 C
Baku
Saturday, April 27, 2024

Daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmət necə həyata keçirilir?

Daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi xidməti ünvanda da göstərilir. Banker.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, Dövlət Xidməti tərəfindən “Hüquq sahibinin sifarişi əsasında daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi” adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Bu xidmət vaxt məhdudiyyəti səbəbindən Xidmətin ərazi idarələrinə gedə bilməyən vətəndaşlar üçündür.

Müraciət etmək istəyən şəxslər Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (e-emlak.gov.az) daxil olmalıdır. Bundan sonra “Hüquq sahibinin sifarişi əsasında daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi” bölməsinə keçid edərək şəxsə aid tələb olunan məlumatlar daxil edilir.

Fiziki və hüquqi şəxs tərəfindən verilən etibarnamə ilə müraciət etmək də mümkündür. Fiziki şəxs tərəfindən verilən etibarnamə ilə müraciətdə etibarnamə verənin şəxsiyyət vəsiqəsinin FİN kodu, hüquqi şəxs tərəfindən verilən etibarnamə ilə müraciətdə etibarnamə verən şəxsin VÖEN kodu daxil edilir, “Axtar” düyməsi sıxılır. Bütün xanalar doldurulduqdan sonra növbəti səhifəyə keçid olunur.

Daha sonra “Birtərəfli” və “İkitərəfli” xidmət olmaqla iki seçim təqdim edilir. “Birtərəfli” xidmətdə sənədlərin qəbulu və ya hazır sənədlərin çatdırılması xidmətlərinin yalnız birindən yararlanmaq mümkündür. Bunun üçün 30 manat xidmət haqqı tələb olunur. “İkitərəfli” xidmətdə isə sənədlərin qəbulu və hazır sənədlərin çatdırılması xidmətlərindən birlikdə istifadə etmək imkanı var. Bunun üçün isə 50 manat xidmət haqqı tələb olunur.

Müvafiq xanalara xidmətin göstəriləcəyi ünvan, tarix və saat qeyd olunur. Cari tarixdən maksimum 15 gün sonrakı tarixi seçmək mümkündür. Cari gündə bütün saat aralıqları tutulubsa, həmin gün üçün seçim deaktiv olunur.

Sonda elektron qaydada ödəniş etdikdən sonra qeyd edilmiş əlaqə məlumatlarına əsasən müraciət edən şəxsə elektron məktub və SMS bildiriş göndərilir.

Xidmətdən istifadə üçün keçid: https://e-emlak.gov.az/eemdk/services/mobile/login

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər