10 C
Baku
Thursday, December 12, 2024

Daşınmaz dövlət əmlakının icarəsi 4 dəfədən çox artıb

2021-ci il ərzində daşınmaz dövlət əmlakı sahəsində ümumilikdə 1845 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 841-i qeyri-yaşayış sahələri üzrə, 1004-ü isə torpaq sahələrinə dair olub.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bununla yanaşı, ötən il 497 icarə müqaviləsinin müddəti uzadılıb, 176 icarə müqaviləsi ləğv edilib. 2020-ci illə müqayisədə 2021-ci il ərzində 1430 və ya 4.4 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

Nazirlikdən bildirilir ki, daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ildə dövlət büdcəsinə ümumilikdə 16.2 mln. manatdan artıq vəsait ödənilib və illik proqnoz 147.4%  yerinə yetirilib. Qeyd edək ki, 2019-cu illə müqayisədə 2021-ci ildə icarədən dövlət büdcəsinə 4.8 mln. manat və ya 41.7%, 2020-ci illə müqayisədə isə 5.9 mln. manat və ya 57.4% çox vəsait ödənilib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ötən il 22 təşkilat qeyri-yaşayış sahəsi ilə təmin olunub. Bu təşkilatlara təqdim edilən qeyri-yaşayış sahəsi 29 015 kvadratmetrdir.

Son xəbərlər
Digər xəbərlər