11 C
Baku
Tuesday, December 24, 2024

Daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 6.4 mln. manat daxil olub

Cari ilin ilk rübü ərzində ümumilikdə 653 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 226-sı qeyri-yaşayış sahələri üzrə, 427-si isə torpaq sahələrinə aiddir. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 424 və ya 2,8 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən verilən məlumata əsasən, daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk rübü ərzində dövlət büdcəsinə 6.4 mln. manat vəsaitin ödənilməsi təmin olunub. Beləliklə, 2022-ci ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən dövlət büdcəsinə ümumilikdə 15.2 mln. manata yaxın vəsait ödənilib.

Son xəbərlər
Digər xəbərlər