“Daşkənd Fond Birjası” ABB ilə müqavilədən sonra “Davr Bank”ın səhmləri ilə ticarəti bərpa edir

“Daşkənd Fond Birjası” “Davr Bank”ın adi səhmləri ilə ticarəti bərpa edib və onları öz birja kotirovka siyahısına daxil edib.

Bu barədə Banker.az birjaya istinadən xəbər verir.

Bankın qiymətli kağızları ilə ticarət bu il avqustun 28-dən bərpa olunacaq.

2021-ci ilin fevralında bankın səhmləri birja listinqindən çıxarılmışdı.

Xatırladaq ki, bu il avqustun 23-ü Daşkənddə “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) “Davr Bank”ın nəzarət səhm paketinin (51 %) əldə edilməsinə dair müqavilə imzalayıb.

Daha əvvəl ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirmişdi ki, Azərbaycan bankının Özbəkistan bankının səhmlərinin alınmasına yatıracağı investisiyaların məbləği 100 milyon ABŞ dollarını ötəcək.

“Davr Bank” Özbəkistanda 2001-ci ilin sentyabrından fəaliyyət göstərir.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər