“Daşkəsən Dəmir Filiz” MMC “Sinosteel Equipment & Engineering Co., LTD” şirkəti ilə 4.2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bank maliyyələşdirilməsinə yararlı texniki-iqtisadi əsaslandırma üzrə məsləhət xidməti nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 4 165 000 AZN təşkil edir.
Sinosteel Equipment & Engineering Co., Ltd — Çin şirkətidir, rəsmi olaraq Pekində yerləşir.
Ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə “AzerGold” QSC tərəfindən 8 dekabr 2020-ci il tarixində ilk dəfə olaraq törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilib və 14 dekabr 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.