9 C
Baku
Friday, December 13, 2024

Daşkəsən dəmiri uğrunda mübarizə sona çatır

Bu ilin sonunda Daşkəsən Filizsaflaşdırma Kombinatının özəlləşdirilməsi üzrə investorlardan sənədlərin qəbulu başa çatacaq. Ancaq bu gün 2016-cı ilin sentyabrından etibarən davam edən müsabiqənin nəticəsini təxmin edə bilərik. Banker.az Turan Agentliyinə istinadən bu barədə xəbər verir.

Noyabrın 16-da Sumqayıtda əlvan metal və ferroərinti zavodunun açılışında onun sahibi Rasim Məmmədov Azərbaycan prezidentinə Daşkəsən rayonundakı dəmir filizi yataqlarından istifadə edilməklə Gəncədə böyük metallurgiya zavodunun tikintisi ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, Daşkəsən yatağında yeni geoloji işlər görülüb və ehtiyatların qiymətləndirilməsi həyata keçirilib. Gəncə şəhərində Daşkəsən yatağından tədarük edilən dəmir filizi ilə işləyəcək metallurgiya zavodunun tikintisinin texniki tərəfi başa çatıb. Əvvəllər bu kompleksin Sumqayıt şəhərində inşa edilməsi nəzərdə tutulmuşdu. Bu metalurgiya klasterini “Det-Al Holding” şirkətlər qrupu tikməyi planlaşdırırdı. Amma 2013-cü ildə hökumət bu şirkətin Daşkəsən dəmir filizi yatağını idarə etmək hüququnu ləğv etdi, onu “Daşkəsən Filizsaflaşdırma” ASC-nin 99,22%-dən məhrum etdi və onları praktiki olaraq milliləşdirdi. 2016-cı ilin iyul ayında Əmlak Məsələləri Dövlət Komitəsi müəssisəni özəlləşdirmə üçün yenidən açdı.

Son xəbərlər
Digər xəbərlər