“Dövlətin bir şagirdə çəkdiyi illik xərc ortalama 1600-1700 manatdır”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu məbləğ həm də sayla əlaqədardır. Məsələn, sinifdə 40 şagird olanda məbləğ daha az olur: “Ümumilikdə bu rəqəm şagirdin təhsil aldığı dövrdə təxminən 30 min manat civarındadır. Bu rəqəmlər rayonlar və Bakı arasında fərqlidir. Məsələn, Daşkəsən rayonunda bir şagirdə təhsil müddətində çəkilən xərc 90 min manatdır. Əgər məktəbdə bir uşaq varsa, onun təhsili dövlətə təxminən 700 min manata yaxın məbləğə başa gəlir”.