10 C
Baku
Friday, December 27, 2024

Davamlı inkişafın məntiqi nəticəsi – Qələbə! – İqtisadçı alimin məqaləsi

Zəngəzur nəqliyyat dəhlizinin bərpası Türk Dünyası Vahid İqtisadi məkanı üçün zəruri şərtdir

Türk Dünyası Kalkınma Bankının təsisinə də ehtiyac var

Elşad Səmədzadə,

i.f.d., Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini,

Beynəlxalq Menecment Akademiyasının müxbir üzvü.

Milli özünüdərk və “Mən fəxr edirəm ki, azərbaycanlıyam”

kəlməsinə haqq etdiyimiz zaman…

Albert Eynşteyn demişdir: “İnsan təfəkkürünün hansısa səviyyəsində problemlə üzləşir. Onun həlli üçün problemdən daha üstün təfəkkür səviyyəsinə qalxmaq lazımdır”. Düşünürəm, Azərbaycanın şanlı qələbəsinin əsasında, məhz, bəşəri təfəkkür səviyyəsinə qalxmağımız dayanır!

Bu, ulu öndər Heydər Əliyevin strategiyası nəticəsində gerçəkləşən “Əsrin müqaviləsi”, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurasına sədrlik, Bakının dünya humanitar fikir mərkəzinə çevrilməsi, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan dövründə şiddəti artan Türkiyə ilə qardaşlıq münasibətləri nümunələrində özünügöstərir.

Hind fəlsəfəsi insanları təfəkkür səviyyəsinə görə 4 qrupa bölür:

4. bəşəriyyəti;

3. dövlətini;

2. ailəsini;

1. özünü düşünən.

İşğaldan azad olunmuş ərazilərə səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral dağıntıları görərkən vurğulayıb: “Deməsəydilər ki, bura Füzuli şəhərinin mərkəzidir, inanmazdım”.

Polşanın ölkəmizdə səfiri Rafal Poborski isə bildirib: “Bu vəziyyət beynəlxalq ictimaiyyətə çatdırılmalıdır”.

Ali Baş Komandan düşmən caynağından qopardılan Füzuli şəhərinə səfər edərkən dedi: “Buradan sanki vəhşi qəbiləkeçib”.

Belə olan halda insanları 5 qrupa bölmək lazımdır:

5. bəşəriyyəti;

4. dövlətini;

3. qəbiləsini;

2. ailəsini;

1. özünü düşünən.

Şübhəsiz, heç bir vicdan sahibi yaşadığı evi yandıran, bar verən ağacı kəsən, qəbirləri belə rahat buraxmayan düşməni və həyətinə mərmi düşən, lakin “ Təki əskərə dəyməsin” deyən azərbaycanlını müqayisə etməz.

44 gün ildırım sürəti və zəfər! Şükür, 30 illik həsrətə son!

Qələbəni möhkəmlətmək, zəfəri daha uca etmək üçün bütün cəbhələrdə daim ehtiyatlı olmalı və güclənməli, böyük azərbaycanlı- 10 ildə əsərlərinə 36 000-dən çox istinad olunan Lütfizadənin qeyri-səlist məntiqindən bəhrələnərək bəşəri təfəkkürümüzün inkişafını davamlı etməliyik. Bəşəri təfəkkürün təzahür forması, düşünürəm ki, elə davamlı inkişaf kateqoriyasıdır. Onun qolu olan iqtisadi inkişaf barədə qələbə amili kimi könlümüzə fərəh verən çox söz deyildiyindən bir ifadə ilə kifayətlənim – görünən dağa nə bələdçilik.

Davamlı inkişafın digər qolu olan sosial inkişaf göstəricilərindən:

– akademik Ziyad Səmədzadənin vurğuladığı kimi, cəmiyyətdə taleyüklü məsələlər üzrə konsensusun olması;

– müxtəlif etnik qrup nümayəndələrinin çiyin-çiyinə Vətənin keşiyində rəşadətlə dayanması;

-Şuşa məscidində namazın vəhdət şəklində qılınması kimi amillərdayanır.

Davamlı inkişafın qolu olan ekoloji inkişaf üçün də xeyli iş görülür: 

-son illərdə əkilən ağacların sayının milyonlarla ölçülməsi, ətraf mühitin mühafizəsi sahəsində

-beynəlxalq konvensiyalara qoşulma, institusional islahatların aparılması, alternativ energetika çərçivəsində günəş və küləklə dostluğun artması və s.

Əlbəttə, bu uğurlar problemlərin olmadığını demir. Lakin problemlərin həlli potensialının yüksək olduğunu deyir. Davamlı inkişaf imkanlarının yüksək olması və ondan səmərəli istifadə həm daxili gücü səfərbər edir, həm də ölkənin beynəlxalq nüfuzunu, ona olan inamıartırır.

Azərbaycan iqtisadçıları atəşkəs dövründə mütəmadi olaraq Qarabağ mövzusuna toxunub, ürək ağrısı və ümidlərlə nə vaxtsa lazım gələcək təhlillər aparıb.

Sevinirəm ki, 2013-cü ildə Prezident yanında Gənclərə Dəstək Fondu Türk Dünyasının əksər yurdundan olan yazarları Qarabağ mövzusunda “Gəldik, gördük, yazdıq” layihəsinə cəm etdi və mən də iqtisadi məruzəçi oldum. Çıxışımı belə adlandırdım: “Türk Dünyası vahid iqtisadi məkanının təmin olunmasında Qarabağ probleminin həllinin rolu”.

Qarşıya qoyduğum məqsəd qardaş ellərin gücünün Qarabağ ətrafında birləşməsinin müəyyən iqtisadi əsaslarının hazırlanması idi.

9 noyabrda 3 dövlət rəhbəri tərəfindən imzalanmış bəyanat əsasında Zəngəzur nəqliyyat dəhlizinin bərpası nəzərdə tutduğum Türk Dünyası Vahid İqtisadi məkanı üçün zəruri şərtdir.

Düşünürəm, 2013-cü il tədbirində dediyim fikirlərdən ikisini burada qeyd etsəm faydalı olar:

-Qarabağ azad olunduqdan sonra meqa bərpa layihəsində Türk dünyası şirkətləri dəvət alacaq. Qarabağda Səmərqənd memarlığı yerinədüşər;

-Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur Sərmayələri Bankı, İslam İnkişaf Bankı kimi maliyyə qurumları var. Onda Türk Dünyası Kalkınma Bankının təsisinə də ehtiyac var. Məmuniyyətlə Qarabağda onun bölməsiyaradılar.

Tarixdə bərpa layihələri çox olub. Meqa layihələrin icrası üçün beyin mərkəzləri yaradılır. Düşünürəm, Qarabağın bərpasını tək rasional məntiqlə yox, həm də duyğusallıqla gerçəkləşdirmək lazımdır.

Azərbaycanın böyük oğlu, nəhəng təfəkkür sahibi akademik Azad Mirzəcanzadə deyirdi: “Qlobal düşün, lokal hərəkət et”. Azad müəllim irsinə hədsiz ehtiramımı bildirərək onun sözü əsasında mövcud gerçəkliyə uyğun yeni söz deyirəm: “Azərbaycan dövləti qlobal düşündü, qlobal da hərəkət etdi!”.

Bu, Vətənin azad olunması və milli şərəfin bərpasıdır!

Platon demişdir: “Sistem onun elementləri cəmindən daha böyükdür”. “Aman ayrılıq” əvəzinə “Ayrılarmı könül candan?!” deyən Can Azərbaycan Qarabağla birgə daha böyük uğurlara imza atacaq! Azad, qalib ruhdan mədəniyyətin ecazkar təntənəsini, sarı simin ürkək titrəyişini gözləyirik!

İqtisadçının ötürdüyü estafeti zəfərlə icra edən əskər estafeti yenə iqtisadçıya öz müstəvisində zəngulə yaratmaqçun qaytardı. Düşünürəm, bu məsələlərin həlli faydalı olar:

– Zəngəzur dəhlizinin maliyyələşməsinə Böyük İpək Yolunun- “Bir kəmər bir yol” layihəsinin bir hissəsi kimi yanaşaraq Çinin cəlbi səmərəliliyi və etibarlılığı artıra bildiyi üçün bu məsələyə baxıla bilər;

-Gürcüstan dəhlizi də strateji alternativ xətt kimi inkişafetdirilməlidir;

-Azərbaycan və Türkiyə arasında ticarət birliyinin yaranması fikrini də uğurlu sayıram;

-Ermənistanın təzminat ödəmək üçün pulu yoxdursa, aktivləri və ərazi ilə ödəyə bilər;

-Laçın sərhədində sərhədçimiz – iqtisadi məkanımızı qorumaq üçün gömrükçümüz dayansın;

-Mərkəzi Bankımız bütün Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi kimi milli manatın olmasını tələb etməli və bunun üçün şəraityaratmalıdır;

-məskunlaşma iqtisadi təşviq edilməlidir. Əskərdən sonra sahibkarların hücumu üçün güzəştlər səmərəli olar. İşğaldan azad olan ərazilərdə fəaliyyət göstərənlərə vergi güzəştləri, faizsiz kreditlər, infrastruktur şəbəkələrinə asan qoşulma şərtləri verilə bilər və s. Vətən sərhəddən başlanır, sərhəddə möhkəmlənməliyik. Çiraqların sayı çoxolmalıdır;

-Silahlı Qüvvələrə Dəstək Fonduna axınla köçürmələri nəzərə alaraq deyə bilərik ki, Qarabağ faizsiz bərpa istiqrazlarının buraxılması xalq maliyyələşməsinə təkan verər;

İmkan daxilində həs kəsin köməyi vacib və qiymətlidir.

Bülbüldən soruşdular: “Gözəl avazının sirri nə?” 

O, da: “Mömin evi yanırdı, dimdiyimdə su apardım” dedi.

“Bununla atəşı söndürəcəyini düşündün?”.

“Nə edim, bacardığım budur” söylədi.

-Niyə qəhrəmana medal verilir? Nobel mükafatı laureatı Qabriel Qarsia Markesə görə Vətən igidinin sinəsinə taxdığı zirehlə onun ürəyini qoruyur;

-Medalın 1 tərəfi Qələbədirsə, digər tərəfi şəhid, qazi, əsirdir. Onlara, ailələrinə göstərilən əbədi qayğı parıltısı Qələbə parıltısından üstün olmalıdır. Çoxunun qələbədə payı var. Amma başqaları xalqın dik dayanmasına naminə əməyindən, pulundan keçıbsə onlar həyatlarından, sağlıqlarından keçib;

=ölkəmizin bütün şəhərlərində qan yaddaşı- işğal-qələbə abidə kompleksi ucaldılsın. Bu müsabiqə əsasında həmin bölgənin şəhidlərinin və onların iştirak etdiyi döyüşlərin təsviri ilə gerçəkləşsin.

Şamil əmim deyərdi: “Kədər göz yaşı ilə sevinc göz yaşının tərkibi fərqlidir”.

Yaşadığım hec bir sevinc hissi Şuşanın alındığı gün daddığım sevincə bənzəmir.

Sonda 2000-ci ildə yazdığım və diasporanın da imkanlarını bərpaya səsləyən bəlkə ilk iqtisadi bayatını yenidən, amma qalib ölkənin vətəndaşı kimi diqqətə çatdırmaq istəyirəm:

Əzizinəm bank yaxşı,

Qarabağda tank yaxşı. 

Yığmağa qərib ölkə, 

Sərfinə VƏTƏN yaxşı!

Bu fikirləri Bayatı Şirazı dinləyərək yazdım. Çətin və şərəfli işimizdə uğurlar!

Son xəbərlər
Digər xəbərlər