16 C
Baku
Saturday, November 2, 2024

David Hansson: Biznes Facebook-dan imtina etməlidir

ReWork bestsellerin həmtəsisçisi olan və Basecamp-ın əsasını qoyan David Hansson hesab edir ki, bu sosial şəbəkə öz həddini aşıb və özünə hörmət edən hər bir sahibkar ondan uzaq durmalıdır.

Məxfilik məsələsi ilə bağlı baş verən bütün qalmaqallar bizə göstərdi ki, bu şirkətə inanmaq olmaz. Bir çox təşəbbüskarlar #DeleteFacebook şüarı ilə çıxış etmişdir, lakin biznesdə alternativ bir şəbəkə olmadığından, bu baş tutmayıb.

Facebook şəbəkəsi ilə bağlılığın olmaması, sizin biznesinizə təhlükəsizlik zəmanətini verir. Bunu təmin etməyin qaydası çox sadədir:

  1. Biz Facebook, Messenger, Instagram və ya WhatsApp-dan reklam almırıq.
  2. Biz Facebook, Messenger, Instagram və ya WhatsApp kimi sosial şəbəkələrdən biznesin inkişaf elətdirmək üçün və ya müştərilərlə əlaqə saxlamaq üçün istifadə etmirik.
  3. Biz Facebook-a “Like” və “Log in” düymələrin köməyi ilə məlumatları yığmasında kömək etmirik.

Bu gün bir çox şirkətlər, Facebook-dan digər şirkətlərə nisbətən daha çox asılıdırlar. Bu normaldır. Hər bir şirkət Facebook şəbəkəsinə etibar edib-etmədiyini özü müəyyən etməlidir.

 

Son xəbərlər
Digər xəbərlər