-1 C
Baku
Sunday, December 15, 2024

David Ogilvy reklam haqqında…

David Ogilvy “Ogilvy & Mather” və “Ogilvy PR” reklam agentliklərinin yaradıcısıdır. Bir çoxları onu “reklam dahisi” adlandırır.  1962-ci ildə Amerikanın “Time” jurnalı David Ogilvy-ni “müasir reklam sənayesində ən məşhur sehrbaz” adlandırmışdı.

Bəs o reklam haqqında nə demişdir:

  • Satıcı axmaq deyil: axmaq olan həyat yoldaşınızdır.
  • Reklam keyfiyyətsiz məhsulu almağa inandıra bilər, lakin yalnız bir dəfə.
  • Əgər reklam haqqında danışırlarsa bu pis reklamdır. Yox, əgər məhsul haqqında danışırlarsa bax, bu yaxşı reklamdır.
  • İntuisiya bəəzn həddindən artıq yüksək dəyərə malik ola bilər.
  • Böyük ideyalar adətən ən sadə olan ideyalardır.
  • Qiymət nə qədər yüksəkdirsə məhsul alıcının gözünə daha arzulanan görünür.
  • Reklamın məqsədi tamaşaçını əyləndirmək deyil, ona məhsulu satmaqdır.
  • Müştəri layiq olduğu reklamı əldə edir.
  • Heç vaxt ailənizin görməsini istəmədiyiniz tərzdə reklam yaratmayın. Həyat yoldaşınıza yalan deməyi arzulamazdınız. Elə isə mənim həyat yoldaşıma da yalan deməyin!
  • Belə bir fikir mövcuddur ki, istənilən reklam ticarətin mühərrikidir. Lakin “istənilən” reklam yox! Pis reklam mühərrik yox, əyləcdir.

Son xəbərlər
Digər xəbərlər