12 C
Baku
Monday, April 15, 2024

Davosda Azərbaycanın bərpa olunan enerji mənbələri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində Davos Dünya İqtisadi Forumu ilə bağlı növbəti paylaşım edib.

Banker.az xəbər verir ki, nazir paylaşımda belə qeyd edib:

“Davos Dünya İqtisadi Forumu çərçivəsində “Neft və qaz” mövzusunda birgə işçi şam yeməyində regional proseslərin enerji bazarlarına təsiri, təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidin əhəmiyyəti, Azərbaycanda bərpa olunan enerji mənbələrinin yüksək potensialı və yaşıl enerji məkanı prinsiplərinə əsaslanaraq həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi imkanları barədə danışdıq”.

Son xəbərlər
Digər xəbərlər