8 C
Baku
Friday, December 13, 2024

Davosda istefa xəbərini açıqladı

“Renault”un həbs olunan CEO-su Karlos Qonun dünən gecə istefa etdiyi bildirilib.

Banker.az xəbər verir ki, Fransanın maliyyə naziri Bruno Le Maire Davosda davam edən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində verdiyi müsahibədə istefa xəbərini açıqlayıb.

Qeyd nedək ki, “Renault”un İdarə Heyəti bu gün saat 12.00-da bir araya gələrək yeni CEO-nu açıqlayacaq.

Rəhbərlik İdarə Heyətinə sədr olaraq Jean-Dominique Senard-ı, CEO olaraq isə Qonun köməkçisi Thierry Bollore-i təyin edəcəyi gözlənilir.

Xatırladaq ki, ötən ayın sonlarında “Nissan” “Mitsubishi” və “Renault” avtokonsernlərinin başçısı Karlos Qon Yaponiya maliyyə qanunvericiliyinin pozulmasında, konkret olaraq vergidən yayınmaq üçün şəxsi premiyalarını bilərəkdən aşağı göstərməkdə şübhəli bilinərək həbs olunub.

©finans.az

Son xəbərlər
Digər xəbərlər