Daxili audit sektorunun auditoru
Namizədə dair tələblər:
- Tam ali təhsil (Maliyyə/İqtisadiyyat);
- Analoji sahə üzrə 4 il iş təcrübəsi;
- İT resursları və ofis proqramları ilə işləmək bacarığı.
- Səlis Azərbaycan, ingilis və rus dili bilikləri;
- Təqdimat və ünsiyyət bacarığı;
- Maliyyə və audit qanunvericiliyi, beynəlxalq audit standartları üzrə dərin biliklər;
- Analitik təhlil etmə və hesabat tərtib etmə bacarığı;
- İntensiv rejimdə və komandada işləmək bacarığı;
İşin təsviri :
- biznes proseslərin təhlili, qiymətləndirilməsi və təkmilləşdirilməsi;
- potensial, mövcud və gələcək risklərinin müəyyənləşdirilməsi, təhlili və maksimum dərəcədə idarə edilməsi;
- maliyyə-təsərrüfat əməliyyatlarının təhlili, qiymətləndirilməsi və effektiv idarəetmə üçün tövsiyələrin hazırlanması;
- daxili struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara, daxili sənədlərə və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;
- daxili nəzarət sistemininq qiymətləndirilməsi, təhlili və gücləndirilməsi istiqamətində tövsiyələrin hazırlanması;
- aşkar edilmiş pozuntuların aradan qaldırılması və tövsiyələrin yerinə yetirilməsinə monitorinqin həyata keçirilməsi;
- aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması ;
- daxili audit xidmətinin işinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq təşkili və təmin edilməsi
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.