Daxili audit sektorunun auditoru
Namizədə dair tələblər:
– Tam ali təhsil (Maliyyə/İqtisadiyyat);
– Analoji sahə üzrə 4 il iş təcrübəsi;
– İT resursları və ofis proqramları ilə işləmək bacarığı.
– Səlis Azərbaycan, ingilis və rus dili bilikləri;
– Təqdimat və ünsiyyət bacarığı;
– Maliyyə və audit qanunvericiliyi, beynəlxalq audit standartları üzrə dərin biliklər;
– Analitik təhlil etmə və hesabat tərtib etmə bacarığı;
– İntensiv rejimdə və komandada işləmək bacarığı;
İşin təsviri :
– biznes proseslərin təhlili, qiymətləndirilməsi və təkmilləşdirilməsi;
– potensial, mövcud və gələcək risklərinin müəyyənləşdirilməsi, təhlili və maksimum dərəcədə idarə edilməsi;
– maliyyə-təsərrüfat əməliyyatlarının təhlili, qiymətləndirilməsi və effektiv idarəetmə üçün tövsiyələrin – azırlanması;
– daxili struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara, daxili sənədlərə və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;
– daxili nəzarət sistemininq qiymətləndirilməsi, təhlili və gücləndirilməsi istiqamətində tövsiyələrin hazırlanması;
– aşkar edilmiş pozuntuların aradan qaldırılması və tövsiyələrin yerinə yetirilməsinə monitorinqin həyata keçirilməsi;
– aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması ;
– daxili audit xidmətinin işinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq təşkili və təmin edilməsi
Maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzun hissəsinə qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.