9 C
Baku
Friday, December 13, 2024

Daxili Audit üzrə baş mütəxəssis vəzifəsinə -PAŞA Sığorta ASC

PAŞA Sığorta ASC namizədləri Daxili Audit üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Daxili audit yoxlamasını “PAŞA Sığorta” ASC-nin Daxili Audit Təlimatına və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi;
  • Risklərin qiymətləndirilməsi əsasında DAX-nin illik planının hazırlanmasında iştirak etmək;
  • Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında DAX-nin rəhbərinə məruzə edilməsi;
  • Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların biznes proseslərin rəhbərləri ilə razılaşdırılması;
  • Bütün DAX yoxlama hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanması;
  • DAX tövsiyələrinə cavab olaraq Paşa Sığorta rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin statusunun monitorinqi və hesabatının hazırlanması;
  • Paşa Sığortanın, həmçinin onun struktur bölmələri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən mühasibat uçotu tələblərinə və sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Paşa Sığortanın maliyyə sabitliyi və ödəmə qabiliyyəti üzrə ardıcıl, sistemli təhlilin və qiymətləndirmənin həyata keçirilməsi üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsinin həyata keçirilməsi;
  • Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləkliyini yoxlanılması;
  • Sığorta fəaliyyətinin və qanunla həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyət növlərinin qanunauyğunluğunun yoxlanılması;
  • Qəbul olunan qərarların, o cümlədən daxili və kənar yoxlamalar zamanı aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının icrasına nəzarət tədbirlərinin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi;
  • Aktivlər və öhdəliklərin idarə edilməsi sisteminin səmərəliliyinin, o cümlədən potensial risklərin və sığorta müqavilələrinin portfelinin (məcmusunun) ümumilikdə, yaxud ayrı-ayrı sığorta növləri üzrə qiymətləndirilməsi;
  • Sığorta agentlərinin və brokerlərin fəaliyyətinin qanunauyğunluğu və belə fəaliyyətlə bağlı mümkün olan risklərin idarəedilməsində qurulmuş nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
  • DAX-nin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.

Bilik və bacarıqlar:

  • Maliyyə sahəsində ən azı 3 il, yaxud sığorta sektorunda ən azı 2 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmaq;
  • Daxili audit prosesi üzrə bacarıqlara malik olmaq;
  • Müstəqilliyini qorumaq qabiliyyəti;
  • Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
  • Audit rəyləri hazırlama və yazma bacarığı.

Son müraciət tarixi: 25 Noyabr,2016.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Son xəbərlər
Digər xəbərlər