22.8 C
Baku
Monday, October 7, 2024

Daxili Audit üzrə menecer (PAŞA Sığorta)

İŞÇININ VƏZIFƏSI:

• Risklərin qiymətləndirilməsi əsasında DAX-nin illik planının hazırlanmasında iştirak etmək;
• Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların biznes proseslərin rəhbərləri ilə razılaşdırılması;
• DAX tövsiyələrinə cavab olaraq Şirkətin rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin statusunun monitorinqi və hesabatının hazırlanması;
• Şirkətin maliyyə sabitliyi və ödəmə qabiliyyəti üzrə ardıcıl, sistemli təhlilin və qiymətləndirmənin həyata keçirilməsi üzrə nəzarətin işləkliyini yoxlamaq;
• Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləkliyini yoxlamaq;
• Sığorta fəaliyyətinin və qanunla həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyət növlərinin qanunauyğunluğunu yoxlamaq;
• Qəbul olunan qərarların, o cümlədən daxili və kənar yoxlamalar zamanı aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının icrasına nəzarət tədbirlərinin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi;
• Sığorta agentlərinin fəaliyyətinin qanunauyğunluğu və belə fəaliyyətlə bağlı mümkün olan risklərin idarəedilməsinə nəzarət etmək

TƏLƏBLƏR:

• Ali təhsil (CIA sertifikatı üstünlük hesab edilir)
• Audit sahəsində ən azı 2 il (sığorta sahəsində təcrübəyə üstünlük veriləcək) və yaxud sığorta sektorunda maliyyə sahəsində ən azı 3 il təcrübə
• Microsoft Office proqrmlarından səlist istifadə
• Azərbaycan və ingilis dillərini mükəmməl bilmək
• Təhlil etmək bacarığı
• Yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmaq
• Müstəqilliyini qorumaq qabiliyyəti
• Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı
• Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı
• Audit rəyini hazırlama və hesabatları yazma bacarığı

Vakansiyanın bağlanma tarixi: 07 oktyabr 2015-ci il
Xahiş edirik vəzifənin adını “subject” sətrində qeyd edib CV-nizi [email protected] elektron ünvanına göndərsiniz.

Son xəbərlər
Digər xəbərlər