Daxili Audit üzrə müfəttiş
Əsas vəzifə və öhdəliklər
o Təsdiq edilmiş audit planına uyğun yoxlamaların aparılması
o Daxili nəzarət sisteminin effektivliyinin və adekvatlılığının yoxlanılması
o Bankın bütün strukturları üzrə onların Əsasnamə funksiyalarına uyğunluğunun və işçilərin vəzifə təlimatlarının icrasının yoxlanılması
o Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və Mərkəzi Bankın normativ hüquqi aktlarına və göstərişlərinə, Bankın daxili prosedur-qaydalarına riayət olunmasını təmin edən sistemlərin yoxlanılması
o Mütəmadi olaraq hesabatların təqdim edilməsi
Seçim meyarları
o Ali iqtisadi və ya hüquqi təhsil
o Əla Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili bilikləri
o MS Office proqramları, xüsusilə, Excel proqramı ilə praktiki işləmək bacarığı
o Yüksək təhlil qabiliyyəti
o Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş şərtləri
o İş yeri: Baş İdarə
o İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Daxili Audit üzrə müfəttiş qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.