9 C
Baku
Monday, December 23, 2024

Daxili Audit Xidmətinin Mütəxəssisi- (Qala Həyat Sığorta Şirkəti)

TƏLƏBLƏR:

• Maliyyə və ya riyaziyyat üzrə təhsil
• Sığorta şirkətində audit sahəsində minimum 2 il təcrübə
• İT bilgiləri: 1C mühasibatliq proqramı, MS Windows, MS Office

İŞÇININ VƏZIFƏSI:

• Şirkətdə mövcüd olan bütün risklərin və bütün növ əməliyyatların auditini həyata keçirmək üçün audit öncəsi həmin sahələrin təhlilinin aparılmasında, auditin forması, müddəti və əhatə edəcəyi sahələr haqqında audit proqramının hazırlanmasında və onun audit olunanlarla müzakirəsində iştirak edir
• Şirkətin icra və nəzarət sistemlərində, risklərin idarə olunmasında (maliyyə resurslarının planlaşdırılması və onun icrası, uçot və statistika məlumatlarının dürüstlüyünün təmin edilməsi, onların ötürülməsi, işlənməsi, məlumat təhlükəsizliyi, eləcə də digər sahə və ya strukturlar üzrə Şirkətin fəaliyyətində) yol verilən, ya da verilə biləcək nöqsan və qüsurların qarşısının alınması üçün müxtəlif tədbirlərin görülməsi ilə bağlı öz təkliflərini verir
• Daxili Audit Xidmətinin iş planına uyğun olaraq audit layihələrində (monitorinq və ya təftişlərdə) iştirak edərək auditin gedişatında vaxtaşırı olaraq DAX-ın rəhbərini yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmazlıqlar barədə məlumatlandırır
• Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi

Ə/h; 550 – 1000 AZN

CV göndərərkən mövzu yerinə “Daxili Audit Xidmətinin Mütəxəssisi” yazaraq , CV-nizi  [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər