26 C
Baku
Saturday, July 27, 2024

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.

Bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Banker.az”a bildirib ki, polis orqanlarının inzibati binasına smartfon telefonlar daxil olmaqla, heç bir foto-video çəkiliş cihazlarının keçirilməsinə icazə verilmir.

“Bu qadağa, polis orqanında çalışan əməkdaşlarla yanaşı, müraciət üçün gələn, dəvət edilən, gətirilən, yaxud digər şəxslərin təhlükəsizliyindən irəli gəlir. Nəzərə alınmalıdır ki, fasiləsiz xidmət göstərən polis cinayət və ya digər hüquqpozmalar törədən şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görür”, – E.Hacıyev qeyd edib.

Son xəbərlər
Digər xəbərlər