6 C
Baku
Monday, December 16, 2024

Daxili İşlər nazirinin 1-ci müavini vəzifəsinə təyinat olub

Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub. 

Report agentliyinin əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib. 

S.Əzimov bu təyinatadək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 

2019-cu il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.  

DİN-in Mətbuat xidmətindən “Report”a faktı təsdiqləyiblər. 

Son xəbərlər
Digər xəbərlər