Daxili işlər orqanlarında kadr təyinatı olub.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Musayev Şahin Şakir oğlu Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə Şahin Musayev həmin İdarənin rəis müavini təyin olunub.