22 C
Baku
Monday, October 20, 2025

Daxili işlər orqanlarında Süni Zəka texnologiyalarının tətbiqi 4 milyon manata başa gələcək

Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi “İktex” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Daxili işlər orqanlarında Süni Zəka texnologiyalarının tətbiqi xidmətləri” nin satınalınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 3 995 244 AZN təşkil edir.

Analitik hesabatlar, metodoloji baza və tövsiyələrin sənədləşdirilməsi Daxili işlər orqanlarında süni zəka texnologiyalarının tətbiqinə dair strategiyanın hazırlanması və icrasına dəstək məqsədilə beynəlxalq və yerli səviyyədə elmi-məsləhət xidmətlərinin göstərilməsi, tanınmış alimlərin, sahə üzrə ixtisaslaşmış professorların və təcrübəli texnoloji ekspertlərin cəlb olunması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər