21 C
Baku
Saturday, November 2, 2024

Daxili kommunikasiyalar üzrə mütəxəssis – PAŞA Holdinq 

PAŞA Holdinq Daxili kommunikasiyalar üzrə mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

• Korporativ kommunikasiya strategiyasının və təşəbbüslərinin hazırlanmasında və həyata keçirilməsində iştirak;
• Daxili kommunikasiya kanallarının səmərəli idarə edilməsi vasitəsilə daxili əlaqələrin istiqamətləndirilməsi və idarə edilməsi;
• Qarşılıqlı əlaqə, strategiya və prioritetlərin uyğunlaşma və anlayışın təmin edilməsi məqsədi ilə strategiya və daxili kommunikasiyaların illik əməliyyat planının hazırlanmasında iştirak;
• Digər daxili komandalar və ayrı ayrılıqda hər bir əməkdaş ilə möhkəm işgüzar münasibətlərin qurulması və bütün daxili müştərilərə kommunikasiyalar üzr bütün lazımi konsultasiya məsləhətlərinin və xidmətin göstərilməsi;
• Daxili kommunikasiya kanallarının səmərəli və effektiv istifadəsini təmin etmək, auditoriyanın tələblərinə cavab verəcək kanalların yaradılması üçün təkrar nəzərdən keçirilməsi və yenilənməsi;
• PAŞA Qrup strategiyasının həyata keçirilməsinə kommunikasiya və maariflndirmə tərəfindən dəstək göstərilməsi;
• Korporativ tədbirlərin və görüşlərin təşkil edilməsi;
• Əməkdaşlar ilə qarşılıqlı əlaqələrin yaradılması və daxili kommunikasiya kanallarının idarə ediləsi məqsədi ilə materialların/təlimatların yazılması və redaktə edilməsi;
• Daxili kommunikasiyaların keyfiyyətinin artırılması məqsədi ilə müntəzəm olaraq təlimlərin təşkil edilməsi;
• Yeni kommunikasiya kanallarının qurulmasında və qurulmuş kanalların inkişaf etdirilməsi məqsədi ilə kommunikasiyalar ilə əlaqəli layihələrdə iştirak və onların idarə edilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Funksiyada ən azı 3 il iş təcrübəsi;
• Əlaqədar sahə üzrə magistr dərəcəsi;
• Mükəmməl yazı, redaktə etmə və peşəkar oxuma bacarığı;
• Güclü təqdimat və əlaqə yaratma bacarıqları;
• Təşkilatçılıq bacarığı;
• Komandada işləmə və idarəetmə bacarıqları;
• Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dili biliyi üstünlükdür;
• MS Office (Excel, PowerPoint, Word) proqramlarının yüksək səviyyədə biliyi;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Daxili kommunikasiyalar üzrə mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 21 avqust, 2018-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər