-1 C
Baku
Sunday, December 15, 2024

Daxili maliyyələşmə

Daxili maliyyələşmə müəssisənin öz gəlir vəsaitlərin istifadə etməsidir. Maliyyələşmənin fəal / açıq və qeyri- fəal / gizli növlərini ayırd edirlər. Fəal / açıq maliyyələşmə balans gəlirlərin müəssisənin səlahiyyətində qaldığında, yəni, şəxsi kapitalın ödəmə vəsaitlərin və yaxud açıq hesab tələbatları ilə artdığı halda mümkündür. Qeyri- fəal / gizli maliyyələşmə əmlakın aşağı qiymətdə olduğu və yaxud ehtiyat fondunda az vəsait olduğu halda mümkündür.

Daxili maliyyələşmənin bir sıra üstün cəhətləri var:

1 . əlavə şəxsi kapitalın sayəsində müəssisənin etibarlığı və kredit götürmə qabiliyyəti artır.
2 . Şəxsi kapitalın yaradılması və artması surətlə inkişaf edir. Maliyyələşməyə sərf olunan xərclər nəzərə alınmır.
3 . Xarici kapitalın vaxtından tez ödənilməsi imkanı əmələ gəlir. Həmçinin kapitalın ödəniş faizləri də azalır.
4 . Müəssisə xarici kapitaldan bir o qədər də asılı olmur.
5 . Əlavə yatırımların sayəsində müəssisənin inkişaf prosesi asanlaşır.

Sənayenin maliyyəşməsində özünü maliyyələşdirmə böyük rol oynayır. Çünki özünü maliyyələşdirmə ümumi mənfəətin ölçüsündən, kreditə götürülmüş kapitalın faizlərinin ödənilməsindən, gəlirlərə olan vergilərdən, dividendlərdən və s. asılıdır.

Özünü maliyyələşdirmənin mənfi cəhətləri faktiki gəlirlərin gizlədilə bilinməsi, səhmdarların müəssisənin rəhbərliyinə inamsızlığı və s. cəhətlərdən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər