28 C
Baku
Wednesday, September 10, 2025

Daxili qoşunların hərbçiləri, eləcə də ailə üzvlərinin xidmət və yaşayış yeri barədə məlumat verilməyəcək

Daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin xidmət və yaşayış yeri barədə məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılmasına yol verilməyəcək.

Bu, yeni hazırlanan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası üzrə bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, daxili qoşunların xidməti fəaliyyəti barədə məlumat yalnız daxili qoşunlar komandanının razılığı ilə verilə biləcək.

Son xəbərlər
Digər xəbərlər