10 C
Baku
Thursday, December 12, 2024

Daxili Qoşunların mülki işçilərinin aylıq vəzifə maaşları yeni redaksiyada təsdiqlənib

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin tabeliyində olan büdcədən maliyyələşdirilən qurumlarında çalışan dövlət qulluqçusu olmayan mülki işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilib.

Banker.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Maliyyə Nazirliyinə tapşırılıb ki, qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2023-cü ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər