20 C
Baku
Wednesday, May 29, 2024

Dayanma-durma qaydalarını pozanlarla bağlı sərt tədbirlər görüləcək

“Bu gün qayda pozuntularına yol verən sürücülərlə bağlı sərt tədbirlər görülməyə başlanılıb”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, qaydalara tam hörmətlə yanaşılmalı, ciddi əməl olunmalıdır: “Bəzən sürücülər nümayişkaranə şəkildə qaydaları pozurlar. Biz onları qaydalara ciddi əməl etməyə çağırırıq. Dayanma-durma qaydalarını pozanlarla bağlı da daha sərt tədbirlər görüləcək”.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər