Dayanma və durmanın qadağan olunmadığı ərazilərdə parklanma ödənişsizdir

0

Bakı Nəqliyyat Agentliyi vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.

Bu barədəAgentlikdən məlumat verilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Agentlik bir daha qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.

“Bir daha sürücülərimizdən “Yol Hərəkəti Haqqında” Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik”, -deyə BNA-nın məlumatında deyilir.