5 C
Baku
Wednesday, February 28, 2024

DB Azərbaycanda auditin inkişafını dəstəkləyəcək

Hesablama Palatası və Dünya Bankı arasında Qarşılıqlı Anlaşma Sazişi imzalanıb. Banker.az xəbər verir ki, bu barədə Palatadan məlumat verilib.

“Saziş DB-nin maliyyələşdirdiyi layihələr üzrə “Dövlət Satınalmaları sahəsində Tematik Audit Yoxlaması”nın planlaşdırılması və həyata keçirilməsini nəzərdə tutur”, – Palatadan qeyd ediblər.

Sənədə əsasən, Dünya Bankı Hesablama Palatasının əməkdaşlarının analitik qabiliyyət və bacarıqlarının gücləndirilməsi və analitik yönümlü proqram təminatının işlənib hazırlanması məqsədi ilə texniki yardım göstərməyi öz üzərinə götürüb.

Qarşılıqlı Anlaşma Sazişi imzalandığı tarixdən etibarən 2021-ci ilin dekabr ayınadək qüvvədədir.

Azərbaycan 1992-ci ildən etibarən DB-nin üzvüdür.

Son xəbərlər
Digər xəbərlər