12 C
Baku
Saturday, November 23, 2024

DB: Azərbaycanda cari əməliyyatlar balansının ÜDM-də payı 19.2% təşkil edəcək

Dünya Bankı (DB) Azərbaycanın 2025-ci ilə kimi iqtisadi göstəriciləri ilə bağlı proqnozunu yeniləyib.

Bu barədə Dünya Bankının hesabatında bildirilib. Hesabata əsasən, cari əməliyyatlar balansının (CƏB) ümumdaxili məhsulda (ÜDM) payı 2022-ci ildəki 26.5%-dən 2023-cü ildə 19.2%-ə kimi azalacaq. 2024-cü ildə bu rəqəm 14.8%, 2025-ci ildə isə 13% təşkil edəcək.

“Birbaşa xarici investisiyalarda 2023 və 2024-cü illlərdə 1%, 2025-ci ildə isə 0.9% azalma müşahidə ediləcək”- DB açıqlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər